Ali məktəbdə kütləvi dava: tələbə bıçaqlandı

 

Gəncə şəhərində tələbə bıçaqlanıb.
 
 
Lent.az-ın Report-a istinadən xəbərinə görə, Azərbaycan Texnologiya Universitetinin  tələbəsi naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
"Report"un əldə etdiyi məlumata görə, Universitetin qarşısında kütləvi dava düşüb və mübahisə zamanı tələbələrdən biri bıçaqlanıb.
 
 
Tələbənin hansı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırlır.

LENT

28 Aprel 2017
27 Aprel 2017

Digər xəbərlər >>>