Avropa Liqasında yarımfinal cütlükləri bəlli oldu - PÜŞK

 

Bu gün Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb. Lent.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində yarımfinal cütlükləri məlum olub.

 

Dünən İstanbulun “Beşiktaş” klubuna penalti seriyasında qalib gələn “Lion” yarımfinalda Hollandiyanın “Ayaks”ı ilə gücünü sınayacaq.

 

Digər tərəfdə isə dünən çətinliklə də olsa, yarımfinala adını yazdıran “Mançester Yunayted”lə İspaniyanın “Selta” klubu ilə üz-üzə gələcək.

 

Yarımfinal mərhələsinin oyunları mayın 4-də və 11-də keçiriləcək.

 

“Ayaks” (Hollandiya) - “Lion” (Fransa)

“Selta” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>