Tarkan "Formula-1" üçün Bakıya gəlir - KONSERT TARİXİ

 

Türkiyənin tanınmış müğənnisi Tarkan “Formula -1” Azərbaycan Qran Prisi üçün Bakıya gəlir.

 

Lent.az-ın məlumatına görə, Bakıda keçiriləcək növbəti "Formula-1" yarışının ilk günündə, iyunun 23-də Tarkan səhnəyə çıxacaq.

 

Bu barədə Baku City Circuit şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai məlumat verib.

 

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi iyunun 23-25 tarixlərində keçiriləcək. Hazırda yarışa bilet satışı paytaxtın müxtəlif nöqtələrində davam edir. Biletləri həmçinin BŞH-nin rəsmi saytından da əldə etmək olar.

 

LENT

22 Avqust 2017
21 Avqust 2017

Digər xəbərlər >>>