Musa Pənahov yeni nazirlikdə də müavin postunda qalıb

Musa Pənahov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini kimi fəaliyyətini davam etdirir.

 

"APA-Economics"in məlumatına görə, 2017-ci il fevralın 13-də prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Adıçəkilən qurum Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsasında yaradılıb.

 

Sərəncamda qeyd edilib ki, nazirliklərin birləşdirilməsində əsas məqsəd dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaqdır.
 

Prezidentin digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Bunadək R. Quluzadə rabitə və yüksək texnologiyalar naziri olub.



Nəqliyyat naziri Ziya Məmmədov isə vəzifəsindən kənarlaşdırılıb. Onun digər müavinləri də nazirliyin ləğvi ilə əlaqədar vəzifələrindən kənarlaşdırılsalar da, yalnız M. Pənahov vəzifəsində qalır.
 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, İltimas Məmmədov və Elmir Vəlizadə isə müavindir.

LENT

23 May 2017

Digər xəbərlər >>>