Sizin link burada

Ermənistan ordusunda itki

Ermənistanın Bayk şəhərində yerləşən əsas hərbi hissədə əsgər ölümü baş verib.

 

Lent.az-ın newsarmenia.am-a istinadən məlumatına görə, müqaviləli xidmət göstərən hərbi qulluqçu, 1986-cı il təvəllüdlü Narek Akopyan aldığı  güllə yarasından dünyasını dəyişib.

 

Olay bu gün səhər 10:25 radələrində baş verib.

 

Hadisə hərbi hissədə xidmət göstərən kiçik çavuşlardan birinin odlu silahdan açdığı atəş nəticəsində baş verib. Onun silahla ehtiyatsız davrandığı və silaha baxılması qaydalarını pozduğu deyilir.

 

Ermənistan Müdafiə Nazirliyi insidentin detallarını araşdırır.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>