Ziya Məmmədovun müşavirinə pul "atan" şəxs azadlığa buraxıldı - HÖKM

 

Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda  təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə  prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında R.Əhmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Daha sonra təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov çıxış edib. O, müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

 

R. Əhmədovun digər vəkili Ülkər Yusifova da bəraət hökmünün çıxarılmasını tələb edib.

 

Prosesdə hökm oxunub. Hakimlər kollegiyasında hökmü ilə R. Əhmədova bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, R.Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilir. Belə ki, o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>