70 yaşlı kişi mənzilində ölü tapıldı

 

Bakıda mənzilində 70 yaşlı kişinin meyiti aşkarlanıb.

 

Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1947-ci il təvəllüdlü Ramanov Hümbət Məhəmməd oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

LENT

25 Sentyabr 2017
24 Sentyabr 2017

Digər xəbərlər >>>