Yarımfinalda Madrid derbisi, "Qoca sinyora" fransızlara qarşı - PÜŞK ATILDI

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələlərinin püşkü atılıb.

 

Lent.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində atılan püşkatma yarımfinal cütlükləri məlum olub.

 

Alman “Bavariya”sına qalib gələn “Real Madrid” yarımfinalda digər Madrid klubu “Atletiko” ilə üzləşəcək.

 

Yarımfinalın digər tərəfində isə son turda “Barcelona”ya qol şansı verməyən “Yuventus” Fransa “Monoka”sı ilə gücünü sınayacaq.

 

Yarımfinal mərhələsinin ilk oyunları mayın 2-3-də, cavab qarşılaşmaları mayın 9-10-da keçiriləcək. Final görüşü isə iyunun 3-də oynanılacaq.

 

“Real” (İspaniya) - “Atletiko” (İspaniya)

“Monako” (Fransa) - “Yuventus” (İtaliya)

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>