Bacısını boğub öldürənin işi qapalı keçdi - İNTİM MƏSƏLƏRƏ GÖRƏ

Bacısını boğaraq öldürməkdə təqsirləndirilən Rafael Yolçuyevin cinayət işi üzrə məhkəməsi davam edib.

 

Lent.az-ınməlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində proses başlamazdan əvvəl məhkəmə katibi zərərçəkən şəxsin hüquqi nümayəndəsini gəlib-gəlmədiyini soruşub. Bu zaman Rafael Yolçuyevin qardaşı yerindən bildirib ki, bu iş üzrə heç kim zərər çəkə bilməz.

 

Hakim Əfqan Hacıyev bildirib ki, cinayət işində intim məsələlər olduğundan proses qapalı keçiriləcək. Prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

 

İttiham üzrə Rafael Yolçuyev özünü qismən təqsirli bilib. O, məhkəmədə sərbəst ifadə verərək bacısını namus üstündə qətlə yetirdiyini deyib.

Prosesdə bir neçə şahid də dindirilib. Növbəti məhkəmə iclası  aprelin 27-ə təyin edilib.

Qeyd edək ki, qətl bu ilin yanvar ayında Şamaxıda baş verib. Rayon sakini 1977-ci il təvəllüdlü Yolçuyev Rafael Səbrxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısı, 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb. Qətlin namus üstündə baş verdiyi deyilir. Yerli sakinlərin bildirdiyinə görə, ailəli olan Yasəmən Arzuxanova həyat yoldaşı ilə mübahisə etdikdən sonra Bakıya gəlib. Bundan qəzəblənən Rafael Yolçuyev bacısını Bakıdan Şamaxıya gətirərək qətlə yetirib və polisə könüllü təslim olub.

 

 

Ona Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

LENT

28 May 2017
27 May 2017

Digər xəbərlər >>>