Gözətçini güllələyən ev sahibi MƏHKƏMƏ QARŞISINDA

Evində çalışdırtdığı gözətçisini öldürməyə cəhddə təqsirləndirilən Vidadi Quliyevin cinayət işi üzrə məhkəmə keçirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

 

Prokuror çıxışında V.Quliyevin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Məhkəmə prosesi aprelin 21-ə təyin edilib.

 

Qeyd edək ki, V.Quliyev ötən il Ləhiş bağlarında Lənkəran rayon sakini Elşad Kazımova odlu silahla qarın və əl nahiyələrindən xəsarət yetirib. E.Kazımov xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

 

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Quliyev tutulub. Hadisə yerinə baxış zamanı, oradan “Makarov” markalı tapança, patron darağı, 2 ədəd patron və 4 ədəd giliz aşkar edilərək götürülüb.

 

Araşdırma zamanı məlum olub ki, E.Kazımov V.Quliyevin bağ evində gözətçi olub. Hadisədən əvvəl həmin şəxslər birlikdə spirtli içki qəbul edib. Mübahisə zəminində V.Quliyev E.Kazımovu güllələyib.

LENT

28 İyul 2017
27 İyul 2017

Digər xəbərlər >>>