Tanınmış müğənninin maşınını yardılar: "Məni İnstagramda izləyir"

Azərbaycanlı müğənni Kərim Abbasovun avtomobili qarət olunub. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, buna görə Bakıya tez qayıtmalı olub: “Bu gün mənim üçün bir az bəd xəbərlə açıldı. Maşının şüşələrini sındırıb, yarıblar. Buna görə Bakıya tez qayıtmalı oldum. Xeyirlisi Allahdan. Hər şeyi aparıblar. Amma heç olmasa disklərimi, planşetimi aparmayaydılar. Onların içində mənim mahnılarım, bir sözlə 15 illik əməyim getdi. Onlardan qiymətli mənə heç nə olmazdı. Əslində ağılsızlıq məndə olub ki, onları maşında saxlamışdım. Həmin oğrunu polisə vermirəm. Axirətdə görüşərik. Bilirəm ki, həmin şəxs məni İnstagramda izləyir. Get rahat dolan, mən səni Allaha həvalə etdim”. 

LENT

28 Aprel 2017
27 Aprel 2017

Digər xəbərlər >>>