(R) "AGBank" bankomatlarının sayını artırır

 

 
 
 
Azərbaycanın aparıcı banklarından “AGBank” əhalinin bank xidmətlərindən rahat və operativ şəkildə yararlanması üçün bu ay daha 3 bankomatı onların istifadəsinə verib. 
 
 
Aprel ayının 1-dən etibarən AGBank Şirvan şəhəri Gülbala Şıxbalayev 74, Salyan şossesi 13 və Bakı şəhəri Babək prospekti 74 ünvanında yeni bankomatlar quraşdırıb. Bankomatların sayına görə, AGBank Azərbaycanda fəaliyyət göstərən banklar sırasında hər zaman ilk sıralarda qərarlaşıb.
 
 
Məlumat üçün bildirək ki, Korporativ bankçılıq AGBankın ənənəvi olaraq prioritet sahəsi olmaqda qalır. Bank ölkənin bir çox iri korporativ şirkətlərinə əmək haqqı layihələri istiqamətində yüksək keyfiyyətli xidmət göstərir. Ümumilikdə, bankın əmək haqqı layihəsindən faydalanan şirkətlərin sayı 300 təşkil edir.
 
 
Bankın mühüm prioritetlərindən biri fəaliyyət coğrafiyasını və hazırda 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 60 bankomatlardan ibarət müştəriyə xidmət şəbəkəsinin genişləndirilməsidir. Bank hər il bankomatların sayının artırılması, onların texniki baxımdan yenilənməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirir. 
 
 
Məlumat üçün bildirək ki, AGBank-ın bankomatları vasitəsilə nağd pulun alınması, hesab üzrə çıxarışların alınması, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, kommunal xidmətlərinin ödənilməsi, cash in, bir kartdan digər karta pul vəsaitinin köçürülməsi (Card-to-Card xidməti) əməliyyatlarını aparmaq mümkündür.
 
Qeyd edək ki, 1992-ci ildə fəaliyyətə başlayan və Azərbaycanın 10 aparıcı banklarının siyahısına daxil olan AGBank, bu il özünün 25-ci yubiley ilinə qədəm qoyub.
 

LENT

25 May 2017
24 May 2017

Digər xəbərlər >>>