AMEA-ın sabiq qadın əməkdaşına 8 İL HƏBS CƏZASI

AMEA-ın dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Prokuror çıxışında onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Hakimlər kollegiyasının hökmü ilə A.Cahangirova 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, 1973-cü il təvəllüdlü A.Cahangirova iki nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinir. O, həmin şəxslərdən pul alıb ki, nəşriyyatla bağlı işlərini həll edəcək. Zərərçəkmişlərdən biri 70 min manat, digəri isə 18 min manat pul verib. Onlar iş qurmaq niyyətində olublar.

 

A.Cahangirova əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dizayner vəzifəsində çalışıb. O, həbs edilməmişdən əvvəl AMEA-dan öz ərizəsi ilə işdən çıxarıldığını deyib. Daha sonra jurnalist fəaliyyəti ilə məşğul olduğunu deyib.

LENT

28 Aprel 2017
27 Aprel 2017

Digər xəbərlər >>>