Bakıda qadını rüsvay edəcəyi ilə hədələyən şəxs tutuldu

Bakıda şantajla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 17-də Nərimanov rayonu ərazisində Mingəçevir şəhər sakini Pünhan Abdullayev Bakı şəhər sakini olan bir qadın barədə rüsvayedici məlumat yayacağı ilə hədə-qorxu gəlib ondan 1500 manat pul alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərfindən tutulub.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

LENT

28 Aprel 2017
27 Aprel 2017

Digər xəbərlər >>>