Dünyada 19,4 milyon körpə peyvənd olunmayıb

Dünyada təxminən 19,4 milyon körpə peyvənd olunmayıb.

Lent.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.

ÜST-nin yaydığı məlumata görə, dünyada uşaqların əksəriyyəti pnevmaniya, difteriya, göy öskürək və tetanus (donuxma) kimi xəstəliklərə qarşı peyvənd olunmur.

2010-2015-ci illər arasında peyvəndlə ən az 10 milyon uşaq ölümünün qarşısını alınıb. Qlobal şəkildə peyvənd işinin aparılması milyonlarla uşaq isə xəstəlikdən qorunub.

Təşkilatın yaydığı məlumatda qeyd edilib ki, peyvənd müasir tibbin ən böyük uğuru sayılır. Qlobal İmmunlaşdırılma Proqramı 1974-cü ildə başladılıb.

Məlumatda o da qeyd edilib ki, 2020-ci ilə qədər bütün dünyada uşaqların peyvənd olunması qarşıya qoyulan əsas hədəflərdəndir.  Amma bu hələ də alınmır. Peyvənddən yayındırılan uşaqlar da çoxdur. 

Qeyd edək ki, 24-30 aprel tarixlərində Dünya Peyvənd Həftəsi qeyd olunacaq.

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>