Sizin link burada

Afaq indi də Türkiyə şou-biznesinə qatılır - YENİ FOTOLAR

Azərbaycanlı müğənni Türkiyə şou-biznesində tanınmaq niyyətindədir. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O bildirib ki, artıq bu yöndə addımlar da atıb: “İndi bu açıqlamam bəzilərini qıcıqlandıracaq. Amma mən bunu edəcəm. Türkiyə şou-biznesinə qatılıram. Ötən həftə İstanbula getdim, bir açıqlama verdim, Türkiyənin bütün saytları dərc etdi. Amma elə müğənnilərimiz var ki, 70 ildir ki, qardaş ölkəyə gedir, tanınmaq istəyir, bu onlarda alınmır. Amma mən bunu bacaracığıma əminəm. Orada özəl bir şirkətlə müqaviləm də var. Film və reklam təklifi də almışam, dəyərləndirəcəm. Türkiyədə saytlar məni “Azərbaycan gözəli Afaq” kimi təqdim edirlər. Bu da mənə çox xoşdur. İnşallah daha böyük uğurlara imza atacağıma əminəm”.

 

Qeyd edək ki, A.Aslan müğənniliklə yanaşı aktrisa fəaliyyətini də davam etdirir. O “Xəzər TV”-də yayılmlanan “Kölgə” filmində də rol alıb. Onu da əlavə edək ki, Türkiyə mətbuatı növbəti dəfə A.Aslandan yazıb. 

 

 

 

LENT

18 Dekabr 2017
17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>