"AMAY Abdulla"dan ŞOK İFADƏ: "Aygünlə heç vaxt intim əlaqədə olmamışam, uşağının atası başqasıdır"

 

Özünü "MTN-in ən gənc qadın polkovniki" kimi təqdim edərək, vətəndaşların 1 milyon manata yaxın vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən Aygün Akimovanın cinayət işi üzrə məhkəmə davam edir.


İş üzrə zərərçəkənlər məhkəmədə verdikləri ifadələrdə Aygün Akimovanın tanınmış iş adamı Abdulla Abdullayevin qeyri-rəsmi həyat yoldaşı olduğunu iddia ediblər. Hətta Abdulla Abdullayevin Aygün Akimovadan 2 uşağının olduğunu da söyləyiblər.

 

Aygün Akimova isə məhkəmədə buna etiraz edib və ərinin kimliyinin onlara dəxli olmadığını deyib.



Lent.az-ın əldə etdiyi məlumata əsasən, həmin cinayət işi üzrə adı çəkilən iş adamı Abdulla Abdullayev istintaq dövründə dindirilib və barəsində söylənilən iddialara cavab verib.


İttiham aktına əsasən, iş üzrə şahid qismində dindirilən Abdulla Abdullayev bildirib ki, AMAY şirkətinin rəhbəri olduğu vaxtlarda - təxminən 2004-cü ildə, əvvəllər tanımadığı Dilarə adlı qadın onun iş yerinə gəlib: "Seyid nəslindən olduğunu və işçim Dünyaxanım Əliyevaya borcu olduğunu dedi. Məndən pul istədi, kömək elədim. Sayını xatırlamıram, amma Dünyaxanıma bir neçə dəfə pul vermişəm".


Abdulla Abdullayev bildirib ki, Dilarə növbəti dəfə onun yanına gələrkən Aygün adlı qızının kiminsə tərəfindən aldadıldığını və cinsi istismara məruz qaldığını deyib: "Dilarə xahiş elədi ki, həmin şəxsə təzyiq edim, onun qızı ilə evlənsin. Razılaşmadım. Daha sonra xahiş etdi ki, qızı Aygünün xaricdə olan zavodlarımdan birində işləməsinə kömək edim. Və bu işin üstü açılmasın. Mən isə xaricdə olan zavodlarımın fəaliyyətini dayandırdığını söylədim. Bir müddət sonra Aygün özü mənim qəbuluma gəldi və onu işə götürməyimi xahiş etdi. Onu xadimə işinə götürdüm, ayda 300 manat maaş verirdim".
 

İş adamı istintaqa bildirib ki, bir müddət sonra işçilərindən Aygünün hamilə olduğunu eşidib: "Aygün oğlan uşağı doğmuşdu. Əri olmadığından uşağın doğum haqqında şəhadətnaməsində ata kimi mənim adımı yazdırmaq istədiyini dedi. Mənim də Aygünə yazığım gəldiyi üçün buna razılıq verdim. Aygünün uşağının atası başqasıdır. Mən heç vaxt Aygünlə intim əlaqədə olmamışam. Sonra bir qız uşağı da oldu. Onun da doğum şəhadətnaməsinə ata kimi adımın yazılmasına etiraz etmədim".

A.Abdullayev daha sonra Aygünün əxlaqsız hərəkətlər etməsindən xəbər tutduğunu deyib: “İşçilərdən biri Aygünün əxlaqsız hərəkətlərini nümayiş etdirdiyi görüntüləri mənə göstərdi. Həmin videoları Aygünün anasına və qardaşına göndərdim. Həmçinin həmin diskin bir nüsxəsini də Aygünün özünə verdim və  onu işdən çıxardım. Bundan sonra Aygünü görməmişəm və telefonla da danışmamışam. Hətta 2012-ci ildə məhkəməyə müraciət etdim ki, Aygün Akimovanın övladlarının atası kimi doğum haqqındakı şəhadətnamələrdən adım çıxarılsın. Lakin həmin vaxt xaricə getdim, daha sonra həbsə düşdüm"

Abdulla Abdullayev Aygün Akimovanın törətdiyi cinayət əməllərindən xəbərsiz olduğunu deyib və bildirib ki, şirkətinə nəzarəti Aygünə tapşırması, ona maşın, ev alması haqda deyilənlər yalandır: “Rəhbərlik etdiyim şirkətin İdarə Heyəti olub və bütün vəzifəli şəxslər öz işlərini görüblər. Aygün də bir müddət xadimə olaraq işləyib. Ona "Cadillac Escalade" markalı maşın almağım da yalandır. Həmin qadına sadəcə şirkətdə işlədiyi vaxt 300 manat maaş vermişəm, atası və anasının müalicəsi üçün cüzi miqdarda pul vermişəm. Aygünə mənzil almağım haqda deyilənlər də yalandır'.

Qeyd edək ki, Aygün Akimovanın cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsindədir. İşə hakim Əlövsət Abbasovun sədrliyi ilə baxılır. 


 

LENT

28 May 2017
27 May 2017

Digər xəbərlər >>>