Bakıda məktəbli qıza görə QANLI DAVA: 2 NƏFƏR GÜLLƏLƏNDİ - YENİLƏNİB

 

Dünən Bakının Səbail rayonu ərazisində - Salyan şosesi 22 ünvanının qarşısında baş vermiş güllələnmə hadisəsi ilə bağlı 2 nəfər saxlanılıb. Lent.az xəbər verir ki, 17 yaşlı Firuddin İsmayılov və 31 yaşlı Ələddin Bağırovun güllə yarası alması ilə nəticələnən hadisədə iştirak etmiş Soltan Turabov və Aqil Seyidəliyev saxlanılıb. Hadisədə iştirak etmiş Elgün və İbrahim adlı şəxslərin də saxlanması istiqamətində iş aparılır.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, güllələnən şəxslərin həyatına təhlükə qalmayıb. Onların hər ikisi ayağından yaralanıb və diz nahiyələrinə qırmalar girib.

 

 

******

 

11:26

 

Dünən Bakının Səbail rayonunda 2 nəfərin güllələnməsi hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə saat 17 radələrində Salyan şossesi 22 ünvanının qarşısında baş verib. Yaralanan şəxslərdən 17 yaşlı Firuddin İsmayılov da məhz həmin ünvanda yaşayır.

 

Bildirilir ki, hadisə orta məktəbin 11-ci sinif şagirdi olan Firuddin İsmayılovla Soltan Turabov arasındakı münaqişədən sonra baş verib. F.İsmayılov sinif yoldaşı olan Fəridənin (ad şərtidir) Soltan tərəfindən narahat edildiyini öyrənəndən sonra ona irad bildirib. Tərəflər arasında münaqişə sakitləşdiriləndən sonra isə Soltan Aqil adlı tanışını Firuddinin üstünə yollayıb. Həmin şəxs məktəbli oğlanla dalaşarkən ətrafdakı şəxslər onları aralayıb. Daha sonra Aqil adlı həmin şəxs İbrahim və Elgün adlı daha iki nəfərlə “Hyundai Elantra” markalı avtomobillə Firuddinin yaşadığı evin qarşısına gəlib və küçədə ona tüfənglə atəş açıb. 17 yaşlı F.İsmayılovla qonşusu, 31 yaşlı Ələddin Bağırov güllə yarası alıb. Onların hər ikisi xəstəxanaya aparılıb.

 

 

 

*****

 

 

9:52

 

 

 

Bakıda silahlı insident olub.

 

 

 

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Salyan şossesində qeydə alınıb.

 

Naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər – 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb.

 

Onlar xəstəxanaya yerləşdirilib.

 

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olması müəyyən edilib.

 

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir. 

LENT

28 Aprel 2017
27 Aprel 2017

Digər xəbərlər >>>