Sizin link burada

Meyxanaçı Ağakərim xəstəxanadan evə buraxılıb

Meyxana ustası Ağakərim (Kərim) Novruzov Mərkəzi Klinik Xəstəxanadan evə buraxılıb.
 
Bu barədə APA-ya meyxanaçının bacısı oğlu Rüstəm Cənnətov məlumat verib.
 
Onun sözlərinə görə, meyxanaçı müalicəsini ev şəraitində davam etdirəcək. R. Cənnətov əlavə edib ki, dayısı özünü gümrah hiss edir, vəziyyəti yaxşıdır.
 
Qeyd edək ki, bir neçə gün bundan öncə meyxanaçının beyninə qan sızıb.

LENT

20 Yanvar 2018
19 Yanvar 2018

Digər xəbərlər >>>