CNN Money: Azərbaycan dünyanın ən məhşur turizm məkanlarından biridir

Azərbaycan dünyanın ən məhşur turizm məkanlarından biridir. Trend-in məlumatına görə, bu barədə nüfuzlu CNN Money nəşri öz məqaləsində yazıb.

 

Dünya turizm və səyahətlər şurasının (WTTC) araşdırmalar üzrə direktoru Roşel Törner bildirib ki, Azərbaycanda ötən illər ərzində xarici turistlər 4.6 milyard manat (2,7 milyard dollar) xərcləyiblər.

 

Onun sözlərinə görə, iqtisadiyyatın diversifikasiyası və neftin qiymətlərindən asılılığın azaldılması ölkədə turizmin inkişafına kömək edir.

 

"Azərbaycan infrastrukturun inkişafına böyük vəsaitlər ayırır və əcnəbilər üçün viza almaq prosedurunu sadələşdirir", - deyə Roşel Törner bildirib.

LENT

21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017

Digər xəbərlər >>>