Sizin link burada

Noyer millimizlə oyunu buraxacaq

 

Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2018-in seçmə mərhələsində millimizlə keçiriləcək oyunu buraxacaq.

 

Qol.az-ın “Bild”ə istinadən yaydığı xəbərə görə, təcrübəli qolkiper ayağından zədə alıb. Bu səbəbdən “Bavariya”nın qapıçısı həm İngiltərə ilə yoldaşlıq matçında, həm də millimizlə qarşılaşmada komandasına kömək edə bilməyəcək.

 

Almaniya millisinə Mark-Andre ter Ştegen (“Barselona”) və Bernd Leno ("Bayer")  kimi qapıçılar da dəvət alıb. Baş məşqçi Yoahim Lövün Kevin Trappı da milliyə dəvət edəcəyi bildirilir.

 

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017

Digər xəbərlər >>>