İŞİD-çilər polis polkovnikini əsir götürdü

Qərbi Mosulda İŞİD silahlıları İraq polisinin polkovnikini əsir götürüblər.

 

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi  İraq daxili işlər nazirliyinin rəsmisinə istinadən məlumat verib.

 

Adı açıqlanmayan polkovniklə birgə 8 polis əməkdaşının da əsir düşdüyü bildirilir. Hadisənin təfərrüatları barədə məlumat verilmir.

 

Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>