Sizin link burada

“Niva”nın yaradıcısı ölüb

Rusiyanın məşhur “Niva” markalı avtomobilinin yaradıcısı Petr Prusov ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, P. Prusov 76 yaşında vəfat edib.

 

P. Prusov 1972-ci ildə  “Niva” layihəsinin rəhbəri təyin edilib. “Niva”-nın ilk kütləvi istehsalına 5 aprel 1977-ci ildə başlanılıb. “Niva” dünyanın 110 ölkəsində satılıb, bir zaman avtomobilin 70 faizi ixrac edilib.

 

P. Prusov 1998-ci ildən 2003-cü ilə, yəni pensiyaya çıxana qədər  “AvtoVAZa” avtokonserninin baş mühəndisi olub. 

LENT

21 Noyabr 2017

Digər xəbərlər >>>