Sizin link burada

Dəməşqdə Rusiya səfirliyi yaxınlığında GÜCLÜ ATIŞMA

Bu gün Dəməşqdə atışma zamanı Rusiya səfirliyinin binalarından birinə ziyan dəyib.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Suriyadakı səfiri Aleksandr Kinşak bildirib

 

Binanın pəncərəsinin şüşəsi sınıb. A. Kinşak səfirliyin həmin binasının əvvəllər istifadə edildiyini bildirib. Həmin binada konsulluq şöbəsi yerləşib. Ancaq sonradan yaxınlıqdakı yaşayış məhəlləsi silahlı birləşmələrin nəzarətinə keçdikdən sonra təhlükəsizliklə əlaqədar binanın istifadəsi dayandırılıb. Binada yalnız yerli mühafizəçi olub. 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>