Sizin link burada

Avtomobil hasara çırpıldı, ölən var

Bu gün gecə saat 2.00 radələrində Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində rayon sakini Fərhad Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı hasara vurub.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb, sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

LENT

21 Noyabr 2017

Digər xəbərlər >>>