Sizin link burada

İsrail “Hizbullah”ı bombaladı

Suriya-Livan sərhədində İsrailin hərbi təyyarələri “Hizbullah” hərəkatının mövqelərinə hava zərbələri  endirib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hədəfdə “Hizbullah-ın silah daşıyan konvoyları olub.

 

Martın 17-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyadakı hədəflərə aviazərbələr endirərkən zenit raketlərindən atəşə tutulub. Bundan sonra İsrailin müdafiə naziri Aviqdor Liberman Suriyanın havadan müdafiə sistemini məhv ediləcəyi ilə hədələyib.

 

Qeyd edək ki, 2013-cü ildə “Hizbullah” Bəşər Əsədə dəstək göstərəcəyini vəd edib.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>