Sizin link burada

Parisdə nümayişçilərlə polis arasında toqquşma

Parisdə nümayişçilərlə polis arasında toqquşma baş verib.

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər saxlanılıb, 2 polis əməkdaşı yüngül xəsarət alıb.

 

Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Fransanın paytaxtında polis zorakılığına qarşı aksiyada 8 minədək insan iştirak edib.

 

Xatırladaq ki, fevralın 2-də Parisdə qaradərili gənc sənədlərin yoxlanılması zamanı polis zorakılığına məruz qalaraq xəstəxanaya yerləşdirilib. Hadisə Fransada kütləvi etirazlara səbəb olub.  

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017

Digər xəbərlər >>>