Sizin link burada

Gəncədə 7 otaqlı ev yandı

Gəncədə yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus taxta konstruksiyalardan ibarət birmərtəbəli ümumi sahəsi 190 m2 olan 7 otaqlı evin 2 otağı və ev əşyaları 40 m2 sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

LENT

17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>