ABŞ Fars körfəzində hərbi təlimə başladı

Bu gün Küveytdə ABŞ və Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələrinin Yaxın Şərq regionunda birgə böyük hərbi təlimi start götürüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Küveyt Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Hader bəyan edib.

 

M. əl-Hader “Qətiyyətli qartal” kod adı altında keçirilən təlimin  əsas məqsədinin Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələri və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığı möhkəmləndirmək olduğunu bildirib. Təlim aprelin 6-da başa çatacaq.

 

Hərbi təlim bir neçə mərhələni əhatə edəcək. Bura birgə operativ planlaşdırma, komanda-qərargah təlimi, Küveytdə Hərbi Hava Qüvvələrinin iştirakı ilə səhra təlimi daxildir. Təlimdə iştirak edən texnika və hərbçilərin sayı barədə hələ məlumat verilmir.

 

Qeyd edək ki, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına 6 ölkə – Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Qətər daxildir. 

LENT

24 Aprel 2017

Digər xəbərlər >>>