Umberto Ekonun tədqiqatçısı Lent.az-a danışdı: “O deyirdi ki, terroru müsəlmanlara Qərb öyrədib” - EKSKLÜZİV

Fəlsəfə elmləri doktoru, dünya şöhrətli yazıçı-filosof Umberto Eko-nun tələbəsi və onun irsinin tədqiqatçısı Emiliano Ventura Lent.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
 
 
- Emiliano Ventura kimdir?
 
-Mən fəlsəfə elmləri doktoruyam . Milan Katolik universitetində dərs deyirəm . Əhatə dairəm fəlsəfə, 20- ci əsr poeziyasıdır. Özüm də bəzi İtalyan filosoflar haqq kitablar yazmışam . Umberto Ekonu yaradıcılığının tədqiqatına isə lap tələbə vaxtlarından başlamışam . Onunla tanışlığım, tələbəsi olmağım və əsərləni oxumağım mənə çox müsbət təsir edib.
 
 
-Emiliano, səncə Umberto Eko imzasının çox böyük və rəngarəng auditoriya tərəfindən tanınmasının səbəbi nədədir?
 
 
- Düz deyirsiz tamamilə və bir birinə zidd auditoriyaa tərəfindən tanınması və sevilməsi. Mən bir dəfə onun yazdığı məqalələrin birində Umberto Ekonun İstanbula olan sevgisi barədə oxumuşdum. Həmin məqalədə o, etiraf edirdi ki, təklikdə qalanda qədim türk melodiyalarına qulaq asırmış, hətta zümzümə edirmiş. Bu məqamın özü sizə nəsə demirmi?
 
 
- Azərbaycan oxucusu Umerto Ekonun İslam haqqında düşüncələriylə tanış olmaq istərdi ...
 
 
- Umberto Ekonun İslam və islam ölkələri haqqında məqalələri çox olub. Hətta onun romanlarından birinin qəhrəmanları İstanbulda yaşayır və hadisələr məhz bu şəhərdə cərəyan edir . Həmin romanda İslamla bağlı bir çox məqamlar var. Onun İslam barədə olan düşüncələriylə tanış olmaq üçün oxuculara ”Passione e ragione” (“İstək və məntiq”), “Sante guerre” (“ Müqəddəs müharibələr”), “ İslam in occidente” ( Qərbdəki İslam”) kitablırını oxumağı məsləhət görərdim. Mən bilmirəm bu kitablar Azərbaycan dilinə tərcümə edilib, ya yox, amma oxucularınıızn bu əsərlərlə tanış olmağını çox istərdim. Amma qabaqcadan bir söz deyim: möhtəşəm əsərlərdir. Azərbaycan auditoriyası üçün olduqca maraqlı olacaq.
 
 
- Umberto Eko Tanrıya inanırdımı?
 
 
- Umberto Eco mühafizəkar katolik çevrədə böyüyüb. İstər onun ailəsi, istərsə təhsil aldığı mühit inanclı katoliklərdən ibarət idi. Məsələn, onun universitetdəki ilk müəllimlərindən biri,  filosof Luici Pareyson da katolik idi. Amma bütün bunlara baxmayaraq Umberto Eko bir neçə dəfə Tanrıya inanmadığını açıq şəkildə bəyan edib.
 
 
- Məndə olan məlumata görə Umberto Eko İŞİD və ona bənzər terror təşkilatlarının yaranmasında Qərbi günahlandırırdı. Bunun səbəbi nə idi?
 
 
- Bu suala cavab vermək elə də asan deyil. Amma, tarixə nəzər salanda görürük ki, hələ İslam, şərq coğrafiyasında terror təşkilatları yaranmamışdan əvvəl bu tip təşkilatlar qərbdə yaranıb. Elə İtalyanın yaxın keçmişində buna bir neçə nümunə gətirmək olar. 70 ci illərə nəzər salmaq kifayətdir. Ekonun nəzəriyyəsinə görə terrorui müsəlmanlara qərb öyrədib. Üstəlik, yüksək texnologiyanı, sosial şəbəkələri, geniş təbliğat imkanlarını da terrorçuların üzün qərb açıb. Bir də işin silah-sursat tərəfi var. Suriyada Əsəd rejimini yıxa bilmək üçün bütün qərbin təhlükəli təşkilatlara nə qədər silah sursat, maddi və lojistik dəstək verdiyi heç kimə sirr deyil. Bu səbəblər Umberto Ekonu haqlı çıxarır məncə...
 
 
- Ümumiyyətlə mənə belə gəlir ki, o siyasətlə çox yaxından maraqlanırdı. Eləmi?
 
 
- Mən sadəcə maraqlanırdı deməzdim. O, siyasətin içində də olmuşdu. Solcu idi . 70-ci illərdə Umberto Eko Demokrat partiyasının üzvü idi. O, mühafizəkar xristian demokratlara qarşı çox mübarizə aparmışdı.
 
 
- Səhv etmirəmsə mətbuat konfranslarının birində Umberto Eko Berluskonini Hitlerə bənzətmişdi .
 
 
- Bəli. Belə bir hadisə olub. Amma tam mətbuatda yazıldığı kimi baş verməmişdi bu hadisə... Həmin konfransda mən də var idim. Jurnalistlərdən biri Umberto Ekoya Qəddafi kimi bir qəddar diktatorla Berluskonin isti münasibətləri barədə sual verdi. Umberto Eko isə həmin suala cavabında demokratiyanın heç də diktaturaya əngəl olmadığını demişdi. O, dedi ki, tarixə nəzər salsaq Hitlerin, Berluskoninin və başqa diktatorlarında hakimiyyətə seçkilərlə gəldiyini görərik .
 
 
- Umberto Eko öz ölkəsini tez tez tənqid edirdi deyəsən ...
 
 
- Bəli. Bu tənqidlərə ən çox Umberto Ekonun “İl ritratto del İtalia” (“ İtalyanın Portreti “) əsərində rast gəlirik . O, çox original və özünə məxsus ironiya ilə yazıb bu əsəri. Həmin əsərdə İtalyanın bir çox mənfi tərəflərini cəsarətli şəkildə üzə çıxarıb .
 
 
- Son olaraq, Ekonun əsərlərindən ən çox hansını sevirsiniz? Və Azərbaycan oxcusuna hansı kitablarını məsləhət verə bilərsiniz?
 
 
- Umberto Ekonun ən çox sevdiyim əsəri elə az öncə haqqında danışdığımız “ İl ritratto dell İtalia”, yəni “İtaliyanın portreti”dir. Azərbaycan oxucsu bu əsəri sevə-sevə oxuyacaq. Buna əminəm. Amma oxuculara bir məsləhətim də var: onun məşhur romanlarını oxumaqla kifayətlənməsinlər. Umberto Eko nun bir o qədər də populyar olmayan, amma, çox dərin məna ehtiva edən əsərləri də var. “ Meşədə altı gəzinti” ( “Sei passeggiate tra i boschi “) və ya “ Xərçəng addımı ilə (“ A passo di Gambero”) əsərləri buna nümunədir. Hə,bir də “Praqa məzarlığı” (“il cimitero di Praga”) mütləq oxunması gərəkən əsərlər içərisindədir.
 
 
 
Söhbətləşdi, Nihad İsa

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>