Sizin link burada

Abşeronda tövlə yandı: 10 iribuynuzlu heyvan yandı

Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan taxta konstruksiyalardan ibarət tövlə yanıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı tövlənin içərisində olan 10 baş iribuynuzlu heyvan tələf olub.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 13:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017

Digər xəbərlər >>>