Azərbaycanda "KamAZ" dayanacağa belə girdi - GÖRÜNTÜLƏR

Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü km-də, Müşfiq qəsəbəsi ərazisindən keçən hissəsində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. "Azəravtoyol" ASC-dən Lent.az-a verilən məlumata görə, Lerik rayon sakini 1983-cü il təvəllüdlü Zahid Dövlətovun idarə etdiyi "KamAZ" markalı yük maşını idarə edilmənin itirilməsi nəticəsində yol kənarında inşa edilmiş avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacağın bir hissəsi dağıldığından istifadəyə yararsız hala düşüb. 


Dayanacaqda qəza baş verən vaxtı heç kimin olmaması faciənin qarşısını alıb. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>