Sizin link burada

Bakıda apteki yaran yeniyetmələr tutuldu

Bakıda oğurluqla məşğul olan iki nəfər tutulub. Lent.az xəbər verir ki, gecə saat 04:44 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən "Vita Aptekləri" MMC-yə məxsus aptek məntəqəsindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları obyektə baxış keçirərkən oğurluq məqsədi ilə giriş qapısına müdaxilə olunduğunu aşkar ediblər. Obyektin daxilində kassadan olan pulları (77 manat) oğurlayıb qaçmaq istəyən Zaqatala sakini, 2000-ci il təvəllüdlü Bədəlov Əlisahib Aslan oğlu və Ukraynada anadan olmuş, 2002-ci il təvəllüdlü Mirasnoçenko Andrey Pavlikoviç saxlanılıb. Onlar ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil veriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017

Digər xəbərlər >>>