Sizin link burada

Seçki məntəqəsindəki iri ekranda seks göstərdilər - FOTO

Türkiyə ilə siyasi qalmaqal yaşayan Hollandiyada keçirilən hökumət seçkiləri zamanı məntəqələrdən birində porno videonun nümayiş olunduğu üzə çıxıb. Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, hazırki baş nazir Mark Ruttenin rəhbərlik etdiyi Azadlıq və Demokratiya üçün Xalq Partiyasının qalib gəldiyi seçkilər vaxtı Overijsel vilayətinin Enşede qəsəbəsində yerləşən məntəqədə səslərin sayılması zamanı divardakı ekranda seks videosunun gösərilməsi ilə bağlı xəbər yayılıb. 

 

İngiltərənin "The Sun" qəzetində yer alan xəbərdə bildirilib ki, seçki məntəqəi yerli futbol klubunun binasında yerləşib və səslər sayılarkən bir neçə dəqiqə ekranda video nümayiş etdirilib.

 

Artıq məntəqə sədri məsələyə münasibət bildirib. Məlum olub ki, klubun işçilərindən biri zarafatla seçkiləri göstərən kanalı porno kanala dəyişib və məlum mənzərə ortaya çıxıb. 

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017

Digər xəbərlər >>>