Türk həkim Kral Tibb dərnəyinin ali mükafatını alıb - 212 ildən sonra ilk dəfə

Dünya Orqan Nəqli dərnəyinin sədri türkiyəli professor Mehmet Haberal nüfuzlu beynəlxalq mükafatın sahibi olub. Bu barədə Lent.az-a azərbaycanlı həkim Şahin Musaoğlu məlumat verib. Musaoğlunun dediyinə görə, əsası 1805-ci ildə qoyulmuş bu mükafatın təsisçisi İngitərə Kral Tibb Dərnəyidir. “Dünya Orqan Nəqli dərnəyinin sədri Mehmet Haberalın aldığı bu mükafat Kral Tibb Dərnəyinin ən ali “D.F” mukafatıdır. 212 il tarixi olan bu mukafatın ən ali dərəcəsi olan “D.F” isə ilk dəfə təqdim olunur. Və sevindirici haldır ki, bunu alan da türkdür” deyə Musaoğlu bildirib.
 
Şahin Musaoğlunun bildirdiyinə görə, İngitərə Kral Tibb Dərnəyi mükafatı professor Haberala 7 illik araşdırmadan sonra təqdim edib. “7 illik araşdırmadan sonra dünya tibb elminə böyük töhfələr vermiş şəxsin Haberal olması qürürvericidr. Hələ dünyada heç bir həkim bu statusda bir mükafat almayıb”…

LENT

28 İyun 2017
27 İyun 2017

Digər xəbərlər >>>