Xalq artisti: "Deyirdilər ki, guya məni qovublar"

"Həmişə deyirdim ki, zamanı gələndə sənətdən aralanacam. İki-üç il əvvəl isə qərar verdim ki, Leyli obrazından gedəcəm". Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Nəzakət Teymurova "Xəzər maqazin"ə açıqlamasında deyib.
 
Muğam ifaçısı Opera və Balet Teatrından getməsindən danışıb:
 
"Özümü dərk edəndən hər şeyə qadağalarım var. Öz istəyimlə ərizəmi yazdım çıxdım. İstəyirəm tamaşaçıların gözündə bu sima ilə qalım. Özüm də görürdüm ki, ifaçılar bezirdilər. Gənc vaxtdan böyük sənətkarların tez bezməsi beynimdə qalıb. Deyirdim, müəyyən vaxtdan sonra gedəcəm. Ağırlıqdan, yükdən yorulmuşdum. Deyirlər, guya məni teatrdan qovublar, özüm getməmişəm. Bu yalandır".

 

LENT

25 Mart 2017
24 Mart 2017

Digər xəbərlər >>>