Sizin link burada

217 gündən sonra ilk “beşlik”də

Azərbaycanın ən titullu klubu “Neftçi” uzun fasilədən sonra ilk “beşliy”ə daxil olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Premyer Liqanın XXIII turunda “İnter”i 2:1 hesabı ilə məğlub edərək, sonuncu “üçlüy”ü tərk edib.

 

Bu isə o deməkdi ki, bakılılar 21 turluq üzüntüyə son qoyub. Belə ki, “ağ-qaralar” ardıcıl 21 tur idi 5-ci və ya daha yüksək pilləyə qalxa bilmirdi. Bu müddətdə 6-8-ci yerləri tərk edə bilməyən paytaxt təmsilçisi II turdan sonra özünə yaraşmayan autsayderlər qrupuna yuvarlanmışdı.

 

İlk turdan sonra 2-ci sırada olan “Nefrçi” üçün II tur uğursuz alınmışdı. Düzdü, turun ilk üç oyunundan sonra paytaxt klubu 4-cü sırada idi. Amma 2016-cı il avqustun 14-də baş tutan oyunda öz meydanında “Zirə”yə 0:1 hesabı ilə uduzan komanda 6-cı sıraya yuvarlanmışdı. Həmin tarixdən sonra bakılılar turu ilk “beşlik”də tamamlaya bilmirdi.

 

7 turu 6-cı, 14 turu 7-ci başa vuran “Neftçi” 217 gündən sonra “beşlik”dədi. İlk turdan sonra 2-ci olan “Neftçi” növbəti iki turdan sonra 6-cı yerdə qərarlaşmışdı. IV-XVII turları 7-ci yerdə bitirən komanda XVIII-XXII turlarda da 6-cı idi. mövsümdə 3-cü dəfə 6-cı olub.

 

Qeyd edək ki, yazıda komandaların tur başa çatandan sonrakı mövqeyi əsas götürülüb, ilk oyun günündən sonrakı cədvəl nəzərə alınmayıb. Düzdü, hələ XXIII tur başa çatmayıb. Amma sabah keçiriləcək oyunların nəticəsi “Neftçi”nin 5-ci yerinə təsir etməyəcək.

LENT

14 Dekabr 2017

Digər xəbərlər >>>