Sizin link burada

Tramp: "Almaniyanın ABŞ-a xeyli borcu var”

Təhlükəsizliyinin təmin olunmasına görə Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkellə  görüşündən bir gün sonra ABŞ prezidenti Donald Tramp bəyan edib.   

 

“Güclü və çox baha başa gələn müdafiəsinin təmin edilməsinə görə Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb”, - deyə Tramp “Tvitter” hesabında yazıb.   

 

“Saxta məlumatlara baxmayaraq, Merkellə görüş əla keçib”, - deyə Tramp qeyd edib.    

 

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>