“Neftçi”dən yubiley nömrələri və forması

Bu gün 80 illik yubileyini qeyd edən “Neftçi” meydana qeyri-adi forma və nömrələrlə çıxıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Premyer Liqanın XXIII turunun “İnter”lə görüşünə keçmiş illərdəki forması ilə başlayıb.

 

Üstəlik komandanın futbolçuları geyindikləri ənənəvi nömrələrlə deyil, klassik variantla meydana daxil olub. Oyunçular 1-dən 11-dək olan klassik nömrələrə üstünlük verib.

 

Ehtiyat oyunçular da 12-dən 18-dək olan sırayla nömrələnib. Bu isə əvvəlki illərdə olan qaydaları xatırladır.

 

Qeyd edək ki,  “Neftçi”nin yaranma ilini – 1937-ci ili təcəssüm edən vaxtda - 19:37-də başlayıb.

LENT

23 İyun 2017

Digər xəbərlər >>>