Sizin link burada

Bir qrup hərbi qulluqçuya “polkovnik” hərbi rütbəsi verilib

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə “polkovnik” hərbi rütbəsi verilib.

 

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, hərbi qulluqçularla görüşən Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.
 

Novruz bayramı münasibətilə hərbi qulluqçuları və onların ailə üzvlərini təbrik edən nazir vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqətə cavab olaraq şəxsi heyət üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

LENT

20 Oktyabr 2017

Digər xəbərlər >>>