Aygün Kazımovanın yeni mahnısı - "Gecələrdə" - VİDEO

Aygün Kazımova uzun müddətdir haqqında danışdığı “Gecələrdə” mahnısını təqdim edib. Lent.az məlumatına görə, bəstənin sözləri Azər Şirinə, musiqisi isə Elçin Cəfərova aiddir. Mahnının aranjemanı Tərlan Məmmədhüseynova məxsusdur.

 

Qeyd edək ki, mahnının ilk ifaçısı müğənni Elçin Cəfərovdur. O, bəstəsini 3 il əvvəl ifa edib. Təxminən 1 ay öncə səhər saatlarında avtomobildə həmkarının ifasını eşidən xalq artisti Aygün Kazımova zəng edərək mahnını ifa etməsini istəyib. Elə həmin gün iki məşhur səsyazma studiyasında mahnını lentə aldırıb. Mahnı tam olaraq bu gün Aygün Kazımovanın rəsmi “YouTube” kanalına yüklənib.

LENT

21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017

Digər xəbərlər >>>