Kəmaləddin Heydərov Ağdaşda qəbul keçirib

Martın 17-də  fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağdaş şəhərində Mingəçevir və Naftalan şəhərlərinin, Ağdaş, Yevlax, Goranboy rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

 

FHN-nin  mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

 

Bundan başqa, kadr məsələləri ilə bağlı 194, digər məsələlərlə bağlı müraciət etmiş 77 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

 

LENT

30 Aprel 2017
29 Aprel 2017

Digər xəbərlər >>>