Duman, yağış, 16 dərəcə isti

 

Martın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, bəzi yerlərdə duman, axşam çiskin olacaq. Cənub  küləyi əsəcək. Havanın temperaturu gecə 3-6°, gündüz 8-13°, Bakıda gecə 3-5°, gündüz  11-13° isti olacağı gözlənilir.
 
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz qərb rayonlarından başlayaraq  yağış, dağlıq ərazilərdə  qar yağacağı gözlənilir. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 11-16°, dağlarda gecə 
0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir. 

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>