Sizin link burada

Şəbnəm lüt şəkillərinə görə Təranəylə danışdı: "...özümə deyərdin"

 

Müğənni Şəbnəm Əsədova ilə Təranə Qumral arasındakı qalmaqal səngimək bilmir. Lent.az-a açıqlama verən Ş.Tovuzlunun prodüseri bildirib ki, məsələ ilə bağlı T.Qumralla danışılıb: “Şəbnəm xanım özü Təranə Qumralla danışıb.  Deyib ki, niyə mənim haqqımda saytlara belə bir açıqlama vermisən? Söyləyib ki, mənimlə problemin var idisə, bunu telefonda deyərdin. Bir sözlə, bu mövzu artıq bağlandı. Şəbnəm xanım daha bu barədə danışmayacaq. Bu mövzunu biz bitirdik”.

 

Qeyd edək ki, T.Qumralla Ş.Tovuzlu arasında yaranan qalmaqal prodüser Tolikin sosial şəbəkədə dediyi bu sözlərdən sonra başlamışdı: “Eşitmişəm ki, Təranə Qumral qızına 720 manata alça alıb. Təranənin heç 720 manata toya getdiyini bilmirdim. Amma alçaya o qədər pul veribsə, ona ar olsun. Şəxsən mən eləməzdim. Təranə 720 manatla 10 ailəyə yaxşı bazarlıq edib, uşaqların qarnını doyuzdurub savab qazana bilərdi. Görməmişlik etməyin! Alça almaqla deyil ki, səviyyə başqa şeydi. Səviyyəni pulla almaq olmur! Allah bizim bəzi müğənnilərə ağıl versin!”.

 

Müğənni Şəbnəm Tovuzlu da Tolikin dediklərinə dəstək olaraq belə bir şərh yazmışdı: “Öldüm gülməkdən, qələt edir! Yalançı, alça alıb”.

 

T.Qumral isə Ş.Tovuzlunun ünvanına bu sözləri işlətmişdi: “Bir müddət öncə mətbuat dərc etdi ki, qadın alveri üstündə Şəbnəmi tutmuşdular. Bundan danışım?! Şəbnəmin məndə bir qəzetlik lüt şəkilləri var. Lazım gələrsə, o şəkilləri sizə təhvil verə bilərəm. O yetim qızdı, istəmirəm ona toxunum. Mən faktlarla danışan adamam. Heç kimi topuğumdan yuxarı buraxmıram. Hətta onlardan danışdığıma görə utanıram. Şəbnəmin məndə yataqda şəkilləri var. Əsəblərimlə oynamasın. Əgər üstümə gəlməyə davam edərsə, bütün o fotoları yayımlayacam. Dediklərimi bir-bir yazın. Artıq danışmaq istəmirəm, çünki bayramın günü qanımı qaraltmaq kimi fikrim yoxdu. Getsin özündən danışsın. Başqasının ərindən kəbinlə uşaq doğan adamdır. Bu boyda ayıbı olan insan Təranədən danışır?! 25 ildir Musayla ailəliyəm, mənim arxamda ərim var. Kimin sözü varsa, qarşıma çıxsın. Əlimdə faktlar da var".

 

LENT

23 Oktyabr 2017

Digər xəbərlər >>>