"Müsabiqə şərtləri Təhsil Nazirliyi ilə müzakirə olunur" - DİM sədri

 

Bu il I-IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi apreldə keçiriləcək və bu mərhələdə iştirak edəcək insanlar aprelin 10-dək internet vasitəsilə qeydiyyatdan keçməlidirlər.

 

Lent.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib ki, rus bölməsi abituriyentləri üçün Azərbaycan dili imtahanı aprelin 9-da keçiriləcək: “Bu məzunlar həmin imtahanda iştirak etmək üçün aprelin 9-na kimi sənədlərini təsdiqlətməlidirlər. I-IV ixtisas qruplar üzrə keçirilən qəbul imtahanlarında iştirak etmək istəyənlər elektron ərizə verərkən hansı imtahan mərhələsində iştirak etmək istəyi soruşulur. Abituriyent ilk mərhələdə iştirak etmək istəmirsə, ikinci mərhələni seçir. Hər 2 imtahanda iştirak etmək istəyənlər isə mütləq indi qeydiyyatdan keçməlidirlər”.

 

M.Abbaszadə deyib ki, qəbul imtahanlarının keçiriləcəyi aylar məlum olsa da, dəqiq tarixləri sənəd qəbulu tam yekunlaşdıqdan sonra bəlli olacaq: “ Hələ bilmirik ki, hansı qrupa neçə nəfər abituriyent sənəd verəcək. Bəlkə hansısa qrupa 5 nəfər, digər qrupa 50 min nəfər sənəd verdi”. M.Abbaszadənin sözlərinə görə, ali məktəblərə qəbul qaydaları, müsabiqə şərtləri Təhsil Nazirliyi ilə dəqiqləşdirildikdən sonra bu məlumatların əks olunduğu “Abituriyent” jurnalı işıq üzü görəcək:  “Bayram günlərindən sonra jurnalı əldə etmək mümkün olacaq. Hazırda müsabiqə şərtləri ilə bağlı Təhsil Nazirliyi ilə müzakirə aparılır”.

LENT

24 İyun 2017
23 İyun 2017

Digər xəbərlər >>>