Sizin link burada

Magistratura və rezidentura ixtisasları üzrə sənəd qəbulunun vaxtı uzadıldı

Magistratura və rezidentura ixtisasları üzrə sənəd qəbulunun vaxtı uzadıldI.

Lent.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilmiş mətbuat konfransında deyib ki, bu gün ərizə qəbulunun son tarixi olsa da ödəniş sistemlərində problem olduğundan tarixin uzadılması qərarı verilib: “ Belə ki, magistratura və rezidentura üzrə ərizə verib təsdiqlətməyən hələ çox şəxs qalıb. Bizdə olan son statistik məlumata görə, magistratura ixtisası üzrə  2111 nəfər, rezidentura ixtisası üzrə təxminən 900 nəfər ərizə verib, amma təsdiqləməyib”.

 

M.Abbaszadə bildirib ki, bunları nəzərə alaraq  ərizə qəbulu martın 29-na kimi davam edəcək:  “ Bayram günləri Sənəd Qəbulu Komissiyaları  işləməyəcək. 27-28-də  işə başlayacaq. Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan və ya hər hansı bir səbəbdən ərizəsini özü təsdiq edə bilməyən namizədlərin nəzərinə çatdırırıq ki, 18-26 mart tarixləri qeyri-iş günü olduğu üçün SQK-lar 27-28 mart tarixlərində saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək". 

 

Amma komissiyalar işləməsə də belə bayram günnlərində elektron ərizə verib  təsdiqlədə bilərlər. Sənəd qəbulu martın 28-i gecə 00:00-da yekunlaşacaq”.

 

M.Abbaszadə əlavə edib ki, indiki rəqəmlərə görə, magistratura ixtisası üzrə  10650 nəfər, rezidentura ixtisası üzrə 949 nəfər ərizəsini təsdiqlədib.

 

DİM sədri onu da qeyd edib ki, dünəndən ali təhsil və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edilib və artıq qeydiyyatdan keçənlər var: “22 mindən çox adam ali təhsil müəssisələrinə ərizə verib və  403 nəfər isə təsdiqləyib”. 

 

 

LENT

20 Oktyabr 2017

Digər xəbərlər >>>