Sizin link burada

Dövlət İmtahan Mərkəzində İctimai Şura yaradılır

 

DİM ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədi ilə İctimai Şura yaradır.

 

Lent.az-ın məlumatına görə, DİM sədri Məleykə Abbaszadə bu gün keçirilmiş mətbuat konfransında bildirib ki, İctimai Şuranın üzvləri DİM-in Direktor Şurası tərəfindən formlaşdırılacaq. Proseslərə cəlb olunmazdan əvvəl Şura üzvlərinə təlimlər keçiriləcək, hüquq və vəzifələri izah ediləcək. Şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil ekspertləri, KİV nümayəndələri anket formasını yükləyərək doldurub press@tqdk.gov.azünvanına göndərməklə qeydiyyatdan keçə bilər.

 

Şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar və başqa ödəniş verilmir. DİM sədri deyib ki, mart ayı ərzində ümumtəhsil müəssisələrinin ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə təhsil alanlar üçün buraxılış imtahanının birinci mərhələsini keçirilir. Üzrlü səbəbdən bu imtahanlarda iştirak etməyən və ya eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən şəxslər, eləcə də 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün bu imtahanlar aprel ayında keçiriləcək.

 

M. Abbaszadə əlavə edib ki, I mərhələdə şagirdlərin oxuyub-anlama, yazı və riyazi bacarıqlarını yoxlamaq məqsədi ilə açıq (cavablar şagird tərəfindən müəyyənləşdirilib yazı ilə ifadə olunur) tipli tapşırıqlardan, yazı işlərindən istifadə olunur:  “Bu formada açıq tipli tapşırıqlar ilk dəfə tətbiq olunur və yazı işləri (imtahan cavabları) Dövlət İmtahan Mərkəzi və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaq”.

LENT

20 Oktyabr 2017

Digər xəbərlər >>>