® “Mətanət A” şirkəti xeyriyyə aksiyalarına start verdi

Hər zaman cəmiyyətimizin kimsəsiz və aztəminatlı ailələrinin yanında olan “Mətanət A” şirkəti xalqımızın milli bayramı olan Novruz bayramında da fiziki qüsurlu, əlil insanları sevindirməyi diqqətdən qaçırmadı.

 

Bayram şənliyində çıxış edən şirkət nümayəndəsi bu gün ölkəmizdə sosial sahədə həyata keçirilən sistemli işlərdən və dövlət siyasətinin bir hissəsi kimi məcburi köçkünlərə, uşaq evlərinə göstərilən yüksək dəstək və qayğıdan söz açmışdır.

 

Bayram ziyafətində iştirak edən qonaqlar, həmçinin İstedadlı “Əlillər İctimai birliyi”nin sədri Cavid Qasımov, Nəsimi rayonu “Əlillər Cəmiyyəti”nin sədr müavini Gülnarə Kərimova, “Ahıl, tənha və əlil insanlara yardım ictimai birliyi”nin sədri Sevinc Qarayeva çıxış edərək “Mətanət A” şirkətinin davamlı olaraq həyata keçirdiyi aksiyaların əsl vətəndaşlıq borcunun yerinə yetirilməsinə layiqli bir nümunə olduğunu vurğulamışlar.  


Daha sonra tədbir musiqi və rəqs çıxışları ilə davam etdirildi.

 

“Mətanət A” şirkəti Korporativ Sosial Məsuliyyət proqramına uyğun olaraq hər zaman cəmiyyətin aztəminatlı, əlil, şəhid ailələrinə, eləcə də yaşlı, kimsəsiz ailələrə yardım etməklə öz korporativ vətəndaşlıq borcunu yerinə yetirir və bundan sonra da bu işləri daha da əzmlə davam etdirəcəkdir.

2000-ci ildən fəaliyyət göstərən quru inşaat qarışıqları məhsullarının  Azərbaycanda ilk istehsalçısı olan “Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərir, 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir.  Hazırda “Mətanət A” şirkətinin istehsal etdiyi ekoloji sağlam inşaat materialları Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkə istehlakçıları tərəfindən də böyük rəğbətlə qarşılanır.

 

LENT

01 May 2017
30 Aprel 2017
29 Aprel 2017

Digər xəbərlər >>>