Sizin link burada

Azərbaycanlı müğənni: "Bunu efirdə demək ayıbdır" - FOTOLENT

“Müğənni hər şey etməlidir, onun üçün sərhəd yoxdur. Artıq 2017-ci ilə gəlib çatmışıq, hər şey dəyişir. Heç nə əvvəlki kimi olmayacaq. Kim öz imicini saxlayacaqsa, bu başqa məsələdir. Amma normalda müğənni tez-tez görünüşündə dəyişiklik etməlidir”.

 

Bu sözləri Lent.az-a açıqlamasında müğənni Elvin Abdullayev deyib. Yeni fotosessiya etdirən ifaçı şəkillərindən danışıb: “Sənət adamına tez-tez fotosessiya etdirmək lazımdır. Müğənninin işi budur, şəkil çəkdirsin, yeni mahnı oxusun”.

 

Elvin son günlər ifaçılar arasında yaranan saç rəngləmək, sırğa taxmaq qalmaqalına da münasibət bildirib: “Kiminsə saç rəngləməsi, sırğa taxması normal haldır. Hər kəsin şəxsi işidir. Hər kəs özünə cavabdehdir”. “Bu ərəfələrdə ifaçılar çıxıb “Rəqibim yoxdur” deyir. Elvin özünə kimi rəqib görür” sualına sənətçi belə cavab verib: “Bu sözü deyən, burnunun ucundan o tərəfi görmür. Demək ki, bu insanda ulduzluq normadan artıqdır. Hamımız bir-birimizə rəqibik. Hər ifaçı yeni mahnı oxuyub, klip çəkdirir. Bunun 50 faizini tamaşaçı üçün ediriksə, 50 faizini də bir-birimizin acığına edirik. Filankəs klip çəkdirdi, tez məndə edim. Filankəs o maşından sürdü, məndə alım. Bizdə “qonşudan geri qalma” prinsipidir. Bu aləmdəki hamını özümə rəqib görürəm. Rəqabət olmasa, irəli getmək olmaz”.

 

E.Abdullayev toy biznesindən də danışıb: “Toy mövzusunu toyxana ifaçıları efirə çox gətirdilər. Mənə görə toy biznesi efir üçün deyil. Toya gedirəm də, qazanıram da, şükür hər şey yaxşıdır. Amma bunu efirdə demək ayıbdır”.

 

 

 

 

 

 

 

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017

Digər xəbərlər >>>