Fatimə bankrot olmasından danışdı: “Deyib-deyib qurutdular” - VİDEO

Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva bir neçə ay öncə açdığı gəlinlik mağazasını bağlamalı olub.

 

Lent.az-ın məlumatına görə, “APA TV”-də aparıcı Yalçın Uğurun təqdimatında yayımlanan “Show time” verilişdə qonaq olan rəqqasə bildirib ki, mağazanı başqa bir yerə köçürür: “Deyib-deyib biznesimi də qurutdular. İndi saytlar yazacaqlar ki, Fatimə bankrot oldu. İnşallah gəlinlik mağazamı genişləndirmək üçün açdığım dükanın yerini dəyişirəm. Dükan çox uzaqda yox, elə həmin dükanın 1-ci mərtəbəsində olacaq. Yeni dükanda yeni dizaynda gəlinliklər olacaq”.

 

Qeyd edək ki, “Show time” verilişi həftənin 2-ci günləri saat 15:30-da “APA TV”-də yayımlanır. 

 

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>